Lənkəran şəhəri Heydər əliyev Mərkəzində “Loqos" Psixoloji və Nitq inkişaf Mərkəzinin dəstəyi ilə Psixoloji Xidmət və Tədqiqatlar ictimai Birliyi tərəfindən təşkil edilən “Müasir Azərbaycan Qadını – 3 ” layihəsinin bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində “Loqos” PNiM-nin rəhbəri və “Psixoloji Xidmət və Tədqiqatlar” ictimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, Lənkəran şəhər icra Hakimiyyəti başçısının müavini Rasilə əliyeva, Milli Məclisin deputatı Qənirə Paşayeva, Dağıstan Qadınlar Birliyinin sədri intizar Mamutayeva, Dərbənd Qadınlar şurasının sədri Ayna Seyidova, “Loqos”un baş psixoloqu Elmira Mirzəyeva, dramaturq Enurə Abdullayeva, Azərbaycanın əməkdar müəllimi Almaz Həsrət, “Regional iqtisadi Maarifləndirmə “ iB-nin sədri Arzu Bağırova, “Müasir Azərbaycan Qadını – 3 ” layihəsinə qatılan qadınlar iştirak etdilər.
8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində yekunlaşan “Müasir Azərbaycan Qadını – 3 ” layihəsinin bağlanış mərasimini Təranə Məmmədova açdı. Natiq qadınları təbrik edərək, onlara layihədə iştirak etdikləri üçün təşəkkürünü bildirdi. O cümlədən, natiq “Loqos" Psixoloji və Nitq inkişaf Mərkəzinin 4 yaşı və “Müasir Azərbaycan Qadını – 3 ” layihəsinin bağlanış mərasiminin proqramı haqqında geniş məlumat verdi.
Sonra çıxış edən qonaqlar Lənkəran şəhəri icra Hakimiyyəti başçısının müavini Rasilə əliyeva, Milli Məclisin deputatı Qənirə Paşayeva, Dağıstan Qadınlar Birliyinin sədri intizar Mamutayeva, Dərbənd Qadınlar şurasının sədri Ayna Seyidova, dramaturq Enurə Abdullayeva, Azərbaycanın əməkdar müəllimi Almaz Həsrət, Heydər əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova layihənin əhəmiyyətindən danışdılar və Loqosun 4 yaşı münasibətilə təbrik etdilər.
Tədbirin sonunda Millət Vəkili Qənirə Paşayeva tədbir iştirakçılarının suallarını cavablandırdı və kitablarını hədiyyə etdi. O cümlədən iştirakçılara sertifikatlar təqdim olundu. Bağlanış mərasimi bədii hissə ilə yekunlaşıb.
Belediyye.info